Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB-1 - VİDEO - FOTO
sizinxeber.az xəbər saytı

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB-1 - VİDEO - FOTO


Qazaxda açıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının çevik müdaxiləsi nəticəsində tez bir zamanda söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğının söndürülməsinə FHN-ın iki helikopteri də cəlb edilib.

***
19:22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Bala Cəfərli və Xanlıqlar kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

Həyata keçirilən tədbirlər sayəsində Bala Cəfərli kəndindəki yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində təxminən 50ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

Xanlıqlar kəndi istiqamətindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

18.25

Qazaxda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın Xanlıqlar kəndində açıq ərazidə qeydə alınıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Oxşar xəbərlər

Qazaxda baş verən yanğınlarla bağlı helikopterlər cəlb olunub - YENİLƏNİB - VİDEO - FOTO
Ağdamda açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO
FHN: Xocalının Həsənabad kəndində açıq ərazidə baş verən yanğın söndürülüb
FHN Qazaxda açıq ərazidəki yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB 
Qazaxda ev yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle