Biləsuvarın iki kəndinə qazın verilişi bərpa olunub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Biləsuvarın iki kəndinə qazın verilişi bərpa olunub - YENİLƏNİB


Biləsuvar rayonunun iki kəndinə qazın verilişi bərpa olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Ağalıkənd və Yuxarı Cürəli kəndlərinə qaz verilişi artıq bərpa edilib.

Qeyd edək ki, Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən aparılan qazıntı işləri zamanı Ovçubərə qaz paylayıcı stansiyasından qidalanan Ağalıkənd və Yuxarı Cürəli kəndləri istiqamətindəki qaz xətti zədələnmişdi.

Nəticədə Ağalıkənd və Yuxarı Cürəli kəndlərinin təbii qaz təchizatı dayandırılmışdı.

13:08

Biləsuvar rayonunda qaz xətti zədələnib, rayonun Ağalıkənd və Yuxarı Cürəli kəndləri qazsız qalıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən aparılan qazıntı işləri zamanı Ovçubərə qaz paylayıcı stansiyasından qidalanan Ağalıkənd və Yuxarı Cürəli kəndləri istiqamətindəki qaz xətti zədələnib.

Nəticədə Ağalıkənd və Yuxarı Cürəli kəndlərinin təbii qaz təchizatı dayandırılıb.

Oxşar xəbərlər

Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb 
Gələn il Biləsuvarın 9 kəndinin elektrik xətləri yenilənəcək
Biləsuvarın beş kəndində elektrik xətləri yenilənir 
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
Biləsuvarın bəzi ərazilərində qazın verilişi dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle