Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü inzibati qaydada həbs edilib
sizinxeber.az xəbər saytı

Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü inzibati qaydada həbs edilib


Bakıda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü inzibati qaydada həbs edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olaraq həm özünün, həm də daşıdığı sərnişinlərin həyatını ciddi risk altına atan sürücü Ekoloji nəzarət postunda saxlanılıb.

Sürücü Həsənov Əlifağa Aqil oğlu ilə aparılmış profilaktik söhbətdən sonra barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər

Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü həbs edilib
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib
Konstruksiya dəyişikliyi etdiyi avtomobilini “Tik-Tok”-da paylaşan sürücü həbs edilib
Bakıda narkotik vasitənin təsiri altında  avtoxuliqanlıq edən sürücü həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər