sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qusarda ana doğuşdan sonra ölüb
Qusar rayonunda ana doğuşdan sonra ölüb.
"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra ölüb.
Yaxınları onun əməliyyatdan sonra komaya düşdüyünü, ötən gün xəstəxanada öldüyünü bildiriblər.
Y.Ospatovanın avqustun 11-də dünyaya gətirdiyi körpənin (qız) vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.
Bu, onun ikinci hamiləliyi olub.
Oxşar xəbərlər
Mingəçevirdə yeni doğulan körpə ölüb - YENİLƏNİB
Cəlilabadda ana doğuşdan sonra dünyasını dəyişib
Ağdaş sakini qeysəriyyə əməliyyatından sonra ölüb, uşaq ölü doğulub - YENİLƏNİB-1
Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb
Qusarda ölümlə nəticələnən yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













