Elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən şəxs tutulub
sizinxeber.az xəbər saytı

Elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən şəxs tutulub


Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən 28 yaşlı Orxan Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar varsa, polis orqanlarına məlumat verə bilərlər.

Oxşar xəbərlər

Elan saytlarında vətəndaşları aldadan şəxs tutulub
Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb
Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
Sosial şəbəkədə vətəndaşa dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Şamaxıda cibgirlik etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle