Bakıda üç avtomobilin toqquşması nəticəsində xəsarət alanların vəziyyəti məlum olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda üç avtomobilin toqquşması nəticəsində xəsarət alanların vəziyyəti məlum olub - YENİLƏNİB


Bu gün saat 18:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, 1947, 1970 və 2009-cu il təvəllüdlü şəxslərə döş qəfəsinin əziyi, burun, yanaq, gicgah sümüklərinin sınığı, boyunun və müxtəlif nahiyələrin səthi travması diaqnozları təyin olunub.

Vəziyyəti ağır qiymətləndirilən 1947-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində, vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.


Gülcahan Məmmədova


***
20:08

Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var.

Sizinxeber.az xəbər verir ki, zəncirvari qəza Fatmayı-Novxanı avtomobil yolunda baş verib.

Belə ki, “İsizu”, “Mercedes” və “KİA” markalı nəqliyyat vasitələri toqquşub.

Qəza nəticəsində “Mercedes”in sürücüsü Nigar Abdullayeva və maşında olan iki sərnişin xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Quba Bakı yolunda minik avtomobili aşıb, yaralılar var - YENİLƏNİB
Novxanı yolunda qəza olub, ölən və xəsarət alan var - YENİLƏNİB
Sumqayıtda minik avtomobili zibil maşını ilə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
Sumqayıtda minik maşını məişət tullantısı daşıyan avtomobillə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle