sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İstirahət mərkəzində avtomobildən oğurluq edənlər saxlanılıb
İstirahət mərkəzində avtomobildən oğurluq edənlər saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində avtomobildən pul və müxtəlif əşyalar oğurlanması barədə məlumat daxil olub.
Keçirilən tədbirlərlə hadisəni törədənlərin paytaxt sakinləri Müşfiq Zeynalov və Akif Hüseynli olduqları müəyyən edilib və həmin şəxslər saxlanılıblar.
Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xaçmazda avtomobillər və evdən oğurluq edən dəstə üzvləri saxlanılıb
Bakıda “BMW”dən 600 manatlıq ətir və pul oğurlanıb, 2 yeniyetmə saxlanılıb
Bakıda BMW-dən 14 min avro oğurlanıb
Ağcabədidə mağazalardan silsilə oğurluq edən şəxs tutulub
Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













