Sumqayıtda top mərmisi tapılıb
sizinxeber.az xəbər saytı

Sumqayıtda top mərmisi tapılıb


Sumqayıt şəhəri, Yaşma bağları adlanan ərazidə hərbi sursat aşkar edilib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 152 mm-lik BR530 zirehdələn top mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Oxşar xəbərlər

Səbail rayonunda silah-sursat aşkar edilib
Bakıda küçədən F1 əl qumbarası aşkarlanıb
Bakıda tank əleyhinə zirehdələn raket mərmisi aşkarlanıb
Bakıda sursat aşkar edilib
Bakıda qumbara və partladıcılar tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle