TƏBİB Biləsuvarda ölümlə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

TƏBİB Biləsuvarda ölümlə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB


Biləsuvarda baş verən yol qəzası ilə bağlı TƏBİB açıqlama verib.

"Sizinxeber.az"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 19:00 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1961, 1975, 1996-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları təyin olunub.

1961 və 1975-ci il təvəlüdlü şəxslərə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Vəziyyəti orta ağır qiymətləndirilən 1996-ci il təvəlüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.

Qeyd edək ki, 2025-ci il təvəllüdlü körpənin isə (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

20:09

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Sizinxeber.az"un Muğan bürosu xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ-2115" markalı nəqliyyat vasitəsi toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Biləsuvarda baş verən qəzada körpə və atası ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Qusarda avtomobil qəzasında xəsarət alanların durumu açıqlanıb
Biləsuvarda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB
Masallıda ağır yol qəzasında xəsarət alanların durumu açıqlanıb - YENİLƏNİB
Biləsuvarda yol qəzasında xəsarət alanların durumu açıqlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle