Biləsuvarda baş verən qəzada körpə və atası ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Biləsuvarda baş verən qəzada körpə və atası ölüb.
TƏBİB-dən APA-nın cənub bürosuna verilən məlumata görə 11.08.2025-ci il tarixində saat 19:00 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1961, 1975, 1996-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları təyin olunub.
1961 və 1975-ci il təvəllüdlü şəxslərə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.
Vəziyyəti orta ağır qiymətləndirilən 1996-ci il təvəllüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.
Qeyd edək ki, 2025-ci il təvəllüdlü körpənin isə (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Hadisə yerində ölən ata aidiyyəti üzrə təhvil verilib.
***
20:13
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21015" markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəran Xəstəxanası bu gün baş vermiş qəzalarda xəsarət alanlarla bağlı açıqlama verilib
Lənkəran Xəstəxanası bu gün baş vermiş qəzalarda xəsarət alanlarla bağlı açıqlama verib
Şəmkirdə yol qəzasında 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-3
Quba Bakı yolunda minik avtomobili aşıb, yaralılar var - YENİLƏNİB
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













