Qusarda iki nəfəri baltalayan şəxsə xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə cinayət işi açılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qusarda iki nəfəri baltalayan şəxsə xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə cinayət işi açılıb - YENİLƏNİB


Qusar rayonunda arvadı və qaynını baltalayan şəxsə xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, Vəkil Əlibəyovun rayonun Yuxarı Tahircal kəndində yerləşən fərdi yaşayış evində balta ilə çoxsaylı xəsarətlər yetirərək Şirin Ömərovu xüsusi amansızlıqla qəsdən öldürməsinə, Şəlalə Ömərovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vəkil Əlibəyov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

12:23

Qusar rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən insident olub.

"Report"un Şimal bürosunun məlumatına görə, 67 yaşlı Qusar rayon sakini Vəkil Saday oğlu Əlibəyov vətəndaş nikahında olduğu 49 yaşlı Şəlalə Ömərovanı və onun qardaşı, 57 yaşlı Şirin Şəmsəddin oğlu Ömərovu baltalayıb.

Nəticədə Ş.Ömərov ölüb, Ş.Ömərova isə xəsarət alıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən V.Əlibəyov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Qusar sakini qaynını və onun həyat yoldaşını baltalayıb, biri ölüb, digəri xəsarət alıb
Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Naxçıvan sakini həmkəndlisini öldürməkdə şübhəli bilinir
Bakıda kişinin azyaşlı övladı və özünü öldürməsi faktı ilə bağlı cinayət işi açılıb
Bakıda arvadını öldürməkdə şübhəli bilinən ər tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle