Bakıda kişini qətlə yetirməkdə təqsirləndirilən şəxslər həbs edilib
Bakıda Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevi yaşadığı evdə qətlə yetirməkdə təqsirləndirilən şəxslər həbs edilib.
Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.
Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayıb
Bakıda 85 yaşlı aktyoru və arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib
Naxçıvanda qadının öldürülərək su quyusuna atılması ilə bağlı daha bir şübhəli tutulub
Salyanda qardaşı arvadını və onun oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə ömürlük cəza verilib
Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













