İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi azərbaycanlı saxlanılıb
sizinxeber.az xəbər saytı

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi azərbaycanlı saxlanılıb


“lnstagram"da tanış olduğu iranlı tərəfindən narkokuryerliyə cəlb olunan şəxs Qaradağ rayonunda 16 kiloqram marixuana ilə saxlanılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 33 yaşlı Mirzə Mirzəyev saxlanılıb. Ondan ümumilikdə 16 kiloqram 145 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

Saxlanılan şəxs narkotikləri “lnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib. M.Mirzəyevin bundan əvvəl də həmin şəxs tərəfindən kuryerliyə cəlb olunaraq paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.

Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

M.Mirzəyev ilə əlbir olan digər şəxslərin də tapılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, son 3 ay ərzində polis əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı 94 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Oxşar xəbərlər

“lnstagram”da narkokuryerliyə cəlb olunan şəxs Qaradağda 16 kq narkotiklə tutulub - VİDEO
Sabunçuda qəbiristanlıqda narkotik satan şəxs saxlanılıb
Bakıda 11 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
Qaradağda 34 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarılıb
Qaradağda 34 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle