Zəngilanda yanğın törədən şəxs müəyyən edilib
sizinxeber.az xəbər saytı

Zəngilanda yanğın törədən şəxs müəyyən edilib


Avqustun 10-da Zəngilan ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Sizinxeber.az"a bildirilib ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.

Oxşar xəbərlər

Zəngilanda yanğın törədən şəxs müəyyən edilib - FOTO
Qəbələdə yanğın törədən şəxslər müəyyən edilib
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Xankəndidə yanğın törədən şəxs həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle