Bakıda itkin düşən uşaq polis tərəfindən tapılaraq valideynlərinə təhvil verilib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda itkin düşən uşaq polis tərəfindən tapılaraq valideynlərinə təhvil verilib - YENİLƏNİB


Bakıda polis əməkdaşları tərəfindən tapılan 7 yaşlı Yusif Abbasovun valideynləri müəyyənləşdirilib və azyaşlı onlara təhvil verilib

“Sizinxeber.az”un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev bildirib.

Qeyd edək ki, azyaşlı Nəsimi rayonunda tapılmışdı və polisin nəzarəti altına alınmışdı.

18:48

Bakıda evi tərk edən uşaq polis əməkdaşları tərəfindən tapılıb.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev bildirib.

“Nəsimi rayonu ərazisində polis əməkdaşları tərəfindən valideynindən xəbərsiz yaşadığı ünvandan çıxan uşaq tapılıb. 7 yaşlı Abbasov Yusif Nurxan oğlu dediyinə görə Sabunçu rayonunda yaşayır. Hazırda uşaq polis nəzarətindədir”, - N.Əliyev bildirib.

Oxşar xəbərlər

Bakıda itkin düşən uşağı polis əməkdaşları tapıb
Bakıda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb - YENİLƏNİB
Bakıda itkin düşən 10 yaşlı uşaq tapılıb - YENİLƏNİB
Bakıda itkin düşən autizmli uşaq tapılıb - YENİLƏNİB
İtkin düşən Şirvan sakini Bakıda tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle