Balaxanıda ağır qəza baş verib, sürücülər sıxılı vəziyyətdə qalıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən "Report"a verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və hər iki yük avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobillərdə sıxılı vəziyyətdə qalan sürücülər, 1985-ci il təvəllüdlü Ələkbərov Afiq Abbas oğlunu və 1983-cü il təvəllüdlü Məmmədov Şeyyub Xəqani oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Balaxanıda ağır yol qəzası baş verib, xilasedicilər cəlb edilib - VİDEO
FHN: Avtomobildə sıxılı qalan şəxs xilas edilib - VİDEO
Bakıda avtomobil arakəsmələrə çırpılıb, xəsarət alan var
FHN qəzaya düşən avtomobildəki sürücünü xilas edib - VİDEO
Qobustanda iki maşın toqquşub, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













