Tovuzda aşkarlanan meyitin kimliyi məlum olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Tovuzda aşkarlanan meyitin kimliyi məlum olub - YENİLƏNİB


Tovuzda su arxının yaxınlığında tapılan meyitin şəxsiyyəti məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, cansız bədəni tapılan şəxs 1983-cü il təvəllüdlü A. Əsgərovdur.

Araşdırma nəticəsində hər hansısa cinayət faktı aşkarlanmayıb, başından aldığı xəsarət isə halı pisləşib yıxılan zamanı alıb.

Qeyd edək ki, mərhum ruhi-əsəb xəstəsi olub.

23:34

Tovuzda su arxının yaxınlığında kişi meyiti tapılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Dondar Quşçu kəndində aşkarlanan orta yaşlı kişi meyitinin kimə məxsus olduğu və onun ölüm səbəbi hələ məlum deyil.

Qeyd edək ki, meyitin baş nahiyəsində gözlə görünən xəsarət izləri də aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb
Tovuzda evdə yanğın olub, 71 yaşlı kişi yanaraq ölüb
Göygöldə aşkar edilən meyitin şəxsiyyəti müəyyən olunub - YENİLƏNİB
Tovuzda yol-nəqliyyat hadisəsi olub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Gəncəçayda meyiti aşkarlanan gənc qızın kimliyi məlum olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle