Yevlaxda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
avq
2025
10:30
0
0
1 236
ff aaaaaaa

Yevlaxda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var

09 avq, 2025
10:30
1 236

Yevlaxda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var

Yevlax-Mingəçevir avtomobil yolunun Hacıselli kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un məlumatına görə, 1960-cı il təvəllüdlü Nazim Əli oğlu Tağıyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobil ilə 1981-ci il təvəllüldlü Asif Loğman oğlu Osmanovun idarə etdiyi “Honda CVR” markalı avtomobillər toqquşub.

Nəticədə “Honda” markalı avtomobildə olan sərnişin Xuraman Cəfərqulu qızı Xəlilova ölüb, digər iki sərnişin - Xalid Soltanməcid oğlu Xəlilov və İlahə Sehran qızı Xəlilova isə yaralı vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına daxil olub.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul