Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Yevlax-Mingəçevir avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Sizinxeber.az"un məlumatına görə, hadisə yolun Yevlax rayonunun Hacıselli kəndindən keçən hissəsində baş verib.
Belə ki, ötən gün saat 14 radələrində Yevlax-Mingəçevir avtomobil yolunun Hacıselli kəndindən keçən hissəsində 1960-cı il təvəllüdlü Tağıyev Nazim Əli oğlunun idarə etdiyi “Vaz 21063” markalı avtomobil ilə 1981-ci il təvəllüldlü Osmanov Asif Loğman oğlunun idarə etdiyi “Honda CVR” markalı avtomobillərin toqquşması nəticəsində “Honda” markalı avtomobildə olan sərnişin Xəlilova Xuraman Cəfərqulu qızı ölmüş, digər 2 nəfər sərnişinlər Xəlilov Xalid Soltanməcid oğlu və Xəlilova İlahə Sehran qızının isə yaralı vəziyyətdə Mingəçevir ŞMX-na daxil olmuşlar.
Faktla bağlı Yevlax RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Oxşar xəbərlər
Yevlaxda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var
Yevlaxda avtomobil qəzasında polis zabiti vəfat edib
Xaçmazda avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb, ölən və yaralanan var
Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Qubada avtomobil ağaca çırpılıb, ölən və yaralanan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













