Kürdəmirdə maşın aşıb, üç nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Kürdəmirdə maşın aşıb, üç nəfər xəsarət alıb


Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Şöhrət Məmmədov "Mitsubishi" markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Avtomobildə olan sürücü və onun sərnişinləri - 34 yaşlı Əjdər Əsgər oğlu Abbaslı və 42 yaşlı Paşa Həmid oğlu Baxşıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Kürdəmirdə mikroavtobus aşıb, beş nəfər xəsarət alıb
Kürdəmirdə ağır yol qəzası: ölən və yaralı var
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var
Kürdəmirdə ağır qəza baş verib, ölən və yaralanan var
Kürdəmirdə mikroavtobus yük maşınına çırpılıb, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle