Avtoyuma məntəqəsindən maşın qaçıran şəxslər saxlanılıblar - VİDEO
Paytaxtın Nizami rayonunda sürücü polisə müraciət edərək yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi “Hyundai” markalı avtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib.
Bu barədə APA-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Elşən Hüseynov və 23 yaşlı Səyyad Mehdizadə saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan E.Hüseynov və S.Mehdizadə yumaq üçün onlara həvalə olunan nəqliyyat vasitəsini qaçıraraq əvvəlcə hissələrə ayırıb satmaqla “izi” itirməyə çalışıblar. Bu planları baş tutmadıqda isə avtomobili yol kənarında tərk edərək ərazidən uzaqlaşıblar. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO
Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
Sabunçuda maşın avtoyuma məntəqəsindəki avtomobilə çırpılıb, xəsarət alan var
Avtomobillərdən kütləvi oğurluqlar edən şəxslər saxlanılıb - VİDEO
Bakıda quldurluq edən maskalı şəxslər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













