Astarada 62 yaşlı kişi dənizdə boğulub
sizinxeber.az xəbər saytı

Astarada 62 yaşlı kişi dənizdə boğulub


Astara rayonunda 62 yaşlı kişi dənizdə boğulub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şahağacı kəndində dəniz ərazisində baş verib.

Günorta saatlarında ərazidəki çimərlikdə uzaq məsafəyə üzən 1963-cü il təvəllüdlü kənd sakini Xanoğlan Museyib oğlu Əsədullayev dənizdə batıb. Ətrafdakıların köməyi ilə onun meyiti sudan çıxarılıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Astarada yeniyetmə boğulub
Lənkəranda yeniyetmə dənizdə boğulub
Astarada ağacdan yıxılan kişi ölüb
Astarada 39 yaşlı kişinin meyiti tapılıb
Lənkəranda 20 yaşlı gənc yol qəzasında ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər