sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Biləsuvarda ətraf mühiti çirkləndirən 15 nəfər cərimələnib
Biləsuvar rayonunda ətraf mühiti çirkləndirən 15 nəfər barəsində inzibati tədbir görülüb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinə qarşı növbəti əməliyyat keçiriblər.
Əməliyyat zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə 15 nəfər cərimələnib.
Rayon ərazisində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Cəlilabadda ətraf mühiti zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar
Lənkəranda ətraf mühitin çirkləndirilməsinə görə son bir ayda 44 nəfər cərimələnib
Cəlilabadda ətraf mühiti zibilləyənlər məsuliyyətə cəlb olunublar
Biləsuvarda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib
Saatlıda ətraf mühiti çirkləndirənlərə qarşı tədbirlər davam etdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













