Şəmkirdə 7 nəfərin öldüyü qəzada hər iki nəqliyyat vasitəsinin buraxılış sənədləri olmayıb - RƏSMİ
Şəmkir rayonu ərazisində baş verən qəzada iştirak edən hər iki nəqliyyat vasitəsinin daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb.
“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, 99-GO-705 dövlət qeydiyyat nişanlı "Mercedes-Bens" markalı “Sprinter” mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.
Həmçinin, məlum olub ki, 20-DL-094 dövlət qeydiyyat nişanlı KAMAZ markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb:
"Nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olaraq reysqabağı texniki müayinə, sürücülər isə tibbi müayinədən keçməyib. Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".
Qeyd edək ki, avqustun 7-də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində Bakıdan Qazaxa hərəkət edən sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.
Oxşar xəbərlər
Hazırlıq keçməyən taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər
Sərnişin və yük daşınma qaydalarını pozanlar cərimələnəcək
Sabahdan buraxılış vəsiqəsi olmadan taksiylə sərnişin daşıyanlar 2000 manatadək cərimələnəcək
Azərbaycan və İran sərhəd-keçid məntəqələrinin buraxılış imkanlarını müzakirə edib
Sifarişə mobil tətbibqdə qeyd olunan maşınla gəlməyən Bolt sürücülərini nə GÖZLƏYİR?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













