Şəmkirdə 7 nəfərin öldüyü avtomobil qəzası ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB-2 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
avq
2025
09:30

Şəmkirdə 7 nəfərin öldüyü avtomobil qəzası ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB-2

07 avq, 2025
09:30
611

Şəmkirdə 7 nəfərin öldüyü avtomobil qəzası ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB-2

Şəmkir rayonu ərazisində 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb.

"Report"un Qərb bürosu xəbər verir ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KamAz" markalı yük maşınının qoşqusuna çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 6 sərnişin hadisə yerində dünyasını dəyişib.

Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1-nin vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

08:56

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin və xəsarət alanların kimliyi məlum olub

"Report"un Qərb bürosunun məlumatına görə, qəzada ölənlər - 1992-ci il təvəllüdlü Bayramov Şadət, Bəsti Nəbiyeva, (1975) Aydın Pənahov (1977, Bakı sakini), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Bağırov Arifdir.

Xəsarət alanlar isə 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, Kamran Məmmədov (1969), Nərmin Əliyeva (2004), Məcid Qəribov (1995) və Bəkinaz Gözəlovadır (1970).

Faktla bağlı araşdırma aparılır.

08:09

Şəmkirdə ağır yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın