Türkiyədə vəfat edən Karte-Do Federasiyasının prezidenti Gəncədə dəfn olunacaq
Türkiyədə vəfat edən Azərbaycan Karate - Do Federasiyasının prezidenti Arif Məmmədov Gəncə şəhərində dəfn olunacaq.
“Report”un Qərb bürosunun məlumatına görə, onun nəşi bu gecə Bakı şəhərinə, oradan isə doğulub, boya-başa çatdığı Gəncə şəhərindəki ata evinə aparılacaq.
Mərhum köhnə Səbiskar adlanan qəbiristanlıqda dəfn olunacaq.
Qeyd edək ki, 47 yaşlı A.Məmmədov karate üzrə üçqat dünya və beşqat Avropa çempionu olub. O, 2022-ci ildən Azərbaycan Karate-Do Federasiyasının, 2021-ci ildən isə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti idi. 2014-cü ildə "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası", 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" fəxri adlarına layiq görülüb.
Oxşar xəbərlər
Azərbaycan Karate-Do Federasiyasının prezidentinin vəfat səbəbi açıqlanıb - YENİLƏNİB
Azərbaycan Karate-Do federasiyasının prezidenti vəfat edib
Azərbaycanlı referi Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib
Üçqat olimpiya və yeddiqat dünya çempionu olmuş güləşçi vəfat edib
Cahangir Babayev: “Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilməyim mənim üçün sürpriz oldu”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













