sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Kürdəmirdə yolu keçən piyadanı avtomobil vurub öldürüb
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Kartlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən yolu keçmək istəyən hələlik şəxsiyyəti məlum olmayan piyadanı vurub.
Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Fakta bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ucarda avtomobil piyadanı vuraraq öldürüb
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var
Sumqayıtda yolu keçən qadını avtomobil vurub öldürüb
Kürdəmirdə mikroavtobus avtovağzal müdirini vuraraq öldürüb
Sumqayıtda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













