sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İyulda 118 nəfər zəhərlənib, 3-ü ölüb
İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.
Bu barədə Sizinxeber.az-ya Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən məlumat verilib.
Şöbəyə qəbul edilən xəstələrdən 39 nəfər dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənən şəxslərdir.
Həmçinin 20 nəfər ilan sancması, 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.
Oxşar xəbərlər
KTM: Ötən ay 4 nəfər zəhərlənmədən vəfat edib
KTM: Fevralda 91 nəfər zəhərlənib, 5-i ölüb
KTM: Ötən ay sirkə turşusundan zəhərlənən 5 nəfər vəfat edib
KTM: Ötən ay 4 nəfər zəhərlənmədən ölüb
KTM: Ötən ay zəhərlənmə ilə 101 nəfər qəbul edilib, 3 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













