Qaradağda 34 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - VİDEO
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Bu barədə Sizinxeber.az-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Mahir Abbasov saxlanılıb. Bu şəxsdən ümumilikdə 34 kiloqram 650 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Qaradağda əməliyyatlar zamanı 16 kq narkotik aşkarlanıb - VİDEO
Bakıda 10 nəfər saxlanılıb, 75 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb - VİDEO
Narkoşəbəkəyə qarşı əməliyyatda 10 nəfər saxlanılıb, 75 kq narkotik aşkarlanıb - VİDEO
Azərbaycanda 75 kq narkotik dövriyyədən çıxarılıb, 10 nəfər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













