Ucarda qəzaya uğrayan minik avtomobili yanıb
sizinxeber.az xəbər saytı

Ucarda qəzaya uğrayan minik avtomobili yanıb


Ucarda toqquşan iki avtomobildən biri yanaraq sıradan istifadəyə yararsız hala düşüb.

Sizinxeber.az- nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

Belə ki, Balakən rayon sakini, 2003-cü il təvəllüdlü Pünhan Fərrux oğlu Gondolovun idarə etdiyi "Ford" markalı avtomobil ilə Ağcabədi rayon sakini, 1993-cü il təvəllüdlü Fərrux Bəhrəm oğlu Hüseyinlinin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Ford" anidən alışıb. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Ucarda zəncirvari qəza nəticəsində üç avtomobil yararsız hala düşüb
Ucarda minik avtomobili mikroavtobusla toqquşub
Ucarda minik maşını yanaraq yararsız vəziyyətə düşüb - FOTO
Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Ucarda iri tonnajlı yük avtomobili yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle