Axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə ekstradisiya edilib
sizinxeber.az xəbər saytı

Axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə ekstradisiya edilib


Təkrar və xeyli miqdarda dələduzluqda ittiham edilərək 2021-ci ildə dövlətlərarası axtarışa verilmiş Tacikistan Respublikasının vətəndaşı 1973-cü il təvəllüdlü Şaripova Rano Sirojevnanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, təqsirləndirilən Rano Şaripova cari ildə ölkəmizdə müəyyən edilərək həbs edilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı Azərbaycan tərəfindən təhvil verilib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Tacikistana təhvil verib
Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını təhvil verib
Ekstremist fəaliyyətə görə beynəlxalq axtarışa verilən Tacikistan vətəndaşı ölkəsinə ekstradisiya olunub
Naxçıvanda saxlanılan Türkiyə vətəndaşı Özbəkistana təhvil verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle