Avtomobil ana və 2 yaşlı oğlunu vuraraq öldürüb
sizinxeber.az xəbər saytı

Avtomobil ana və 2 yaşlı oğlunu vuraraq öldürüb


Avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BDYPİ-dən Sizinxeber.az-ya verilən xəbərə görə, Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev tərəfindən idarə olunan “VAZ-21074” markalı, 90-CL-577 dövlət qeydiyyat nişanlı avtomobil yolun müəyyən olunmayan hissəsindən – yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlü azyaşlı oğlunu vurub.

Hadisə nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

“Yolun düzgün yerindən keçməmək – görünüşdə sadə bir qərardır. Amma bəzən bu qərar, bir ana ilə körpə övladının həyatını əlindən alacaq qədər ağır nəticə doğurur. Baş Dövlət Yol Polisi İdarəsi bu faciəli hadisədən dərin təəssüf hissi keçirir və bir daha hərəkət iştirakçılarını xəbərdar edir: qaydanı pozaraq atılan hər addım – son addımınız ola bilər”, - məlumatda deyilir.

Oxşar xəbərlər

Naxçıvanda yük avtomobili 34 yaşlı kişini vuraraq öldürüb
Saatlıda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
Magistral yolda maşın dəmir dirəyə çırpılıb, sürücü ölüb
Bakıda avtomobil ana və 3 yaşlı oğlunu vurub, azyaşlı ölüb
Cəlilabadda avtomobil 14 yaşlı piyadanı vuraraq öldürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle