Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
avq
2025
11:50
0
0
3 322
ff aaaaaaa

Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - VİDEO

05 avq, 2025
11:50
3 322

Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - VİDEO

Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə Sizinxeber.az-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.

S.Əhmədov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul