sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Naxçıvanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib - VİDEO
Naxçıvan şəhər Əliabad qəsəbəsində yaşayış binasının zirzəmisində yanğın baş verib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının zirzəmisində baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 20-ə yaxın sakin təxliyəsi həyata keçirilib.
Mənzillər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Bakıda binada yanğın, tüstülənmiş evlərdən sakinlər təxliyə olunub
Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər sakin təxliyə olunub
Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər sakin təxliyyə olunub
Bakıda yaşayış binasında YANĞIN - Sakinlər təxliyə olundu - YENİLƏNİB
Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













