Bakıda itkin düşən 20 yaşlı qadın tapılıb - YENİLƏNİB
Bakının Xəzər rayonunda itkin düşən 20 yaşlı Şəfa Bayrızadə tapılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-ya bildirib ki, itkin düşmüş kimi axtarışa elan olunan 20 yaşlı Şəfa Bayrızadə polis əməkdaşları tərəfindən tapılıb. Onunla profilaktik söhbət aparılsa da, ailəsinin yanına dönməkdən imtina etdiyini bildirib.
***
17:15
03.08.2025
Bakı şəhəri, Xəzər rayonunda 20 yaşlı qadın itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-ya bildirib ki, rayonun Buzovna qəsəbəsində yaşayan Şəfa Bayrızadənin evdən xəbərsiz çıxaraq geri qayıtmaması barədə polisə məlumat daxil olub.
Həmin şəxs axtarışa verilib. İlkin axtarışlar nəticəsində polis onun şəxsi sosial şəbəkə hesabı vasitəsi ilə əlaqə saxlaya bilib. Şəfa Bayrızadə könüllü olaraq evdən getdiyini bildirsə də olduğu yer barədə məlumat verməkdən imtina edib.
Hazırda həmin şəxsin yerinin müəyyən edilməsi və bu barədə yaxınlarına məlumat verilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.
Qeyd edək ki, Şəfa Bayrızadə evli olub, bir övladı var.
Oxşar xəbərlər
Bakıda itkin sayılan 20 yaşlı qadın evi könüllü tərk etdiyini bildirib
Bakıda itkin düşən 10 yaşlı uşaq tapılıb - YENİLƏNİB
İsmayıllıda mayda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapılıb
Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb
Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













