Qəbələdə qəzaya uğrayıb yaralanan turistlərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
avq
2025
21:50
0
0
1 496
ff aaaaaaa

Qəbələdə qəzaya uğrayıb yaralanan turistlərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB

04 avq, 2025
21:50
1 496

Qəbələdə qəzaya uğrayıb yaralanan turistlərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Qəbələdə baş vermiş yol qəzası zamanı xəsarət alanların kimliyi müəyyənləşib.

Sizinxeber.az-nın Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşları – 1978-ci il təvəllüdlü Azzah Alharbe, 1973-cü il təvəllüdlü Yehan Alharbe, 2001-ci il təvəllüdlü Shata Almohammadi Abdulsahad, 2008-ci il təvəllüdlü Lana Alharbe və 2004-cü il təvəllüdlü Fares Almoham – müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirildiyi üçün helikopter vasitəsilə Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.



***
18:45

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.

Sizinxeber.az-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.

Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul