Ermənistan silahlı qüvvələrinin Mingəçeviri raket atəşinə tutması nəticəsində zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Avqustun 4-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən İnqilab Məmmədov 44 günlük Vətən müharibəsi zamanı yaşadığı Mingəçevir şəhərində mülki şəxs kimi zərər çəkdiyini bildirib.
"Report" xəbər verir ki, İnqilab Məmmədov 2020-ci il oktyabrın 4-də raket düşməsi nəticəsində ikimərtəbəli evinin dağıldığını, özünün və üç azyaşlı övladının dağıntılar altında qalaraq xəsarətlər aldığını söyləyib. Qeyd edib ki, evinin ətrafında heç bir hərbi obyekt yoxdur.
“Sonradan öyrəndik ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən atılan “Smerç” raketidir”, - deyə o bildirib.
İfadə verən Elçin Bağırov da həmin gün Mingəçevirdə evinin yaxınlığına “Smerç” raketi düşməsi nəticəsində maddi və mənəvi zərər çəkdiyini deyib. O, hadisə nəticəsində özünün, anası Nabat Bağırovanın və dayısının yaralandığını söyləyib. Bildirib ki, dayısı aldığı xəsarətlər nəticəsində iş qabiliyyətini itirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Ermənistan ordusunun Mingəçeviri raket atəşinə tutmasından zərərçəkənlər məhkəmədə ifadə veriblər
44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış mülki şəxslər məhkəmədə ifadə veriblər
Vətən müharibəsi zamanı zərər çəkmiş mülki şəxs: Məqsəd azərbaycanlıları məhv etmək idi
Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
Zərərçəkmiş şəxs: Ermənistan silahlı qüvvələrinin artilleriyası sanitar avtomobillərimizə və tibb işçilərinə atəş açırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













