Sabunçuda arvadını qətlə yetirən şəxs 15 il azadlıqdan məhrum olunub
sizinxeber.az xəbər saytı

Sabunçuda arvadını qətlə yetirən şəxs 15 il azadlıqdan məhrum olunub


Sabunçu rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Həsənbala Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Həsənbala Rəhimov 15 il müddətində azadlıqdan məhrum olunub.

Qeyd edək ki, 2024-cü il avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Belə ki, araşdırmalara görə, 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Oxşar xəbərlər

Bakıda ər arvadını qətlə yetirib
Maştağada ögey anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda kişi arvadını öldürməkdə şübhəli bilinir
Ramanada qətlə görə tutulan yeniyetməyə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle