Ağcabədidə 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub
Ağcabədidə nəğd pul və məişət əşyaları oğurlamaqla zərərçəkmişlərə 25 min manat dəyərində ziyan vurmaqda təqsirləndirilən şəxs həbs olunub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən evlərdən oğurluqlar edilməsi barədə məlumatlar daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Rüstəmov şübhəli şəxs qismində saxlanılıb.
Araşdırmalarla onun cari il ərzində müxtəlif evlərdən nəğd pul və məişət əşyaları oğurlamaqla zərərçəkmişlərə 25 min manat dəyərində ziyan vurduğu müəyyən edilib. E.Məmmədovun yaşadığı ünvandan bir sıra maddi sübut aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Rüstəmov həbs edilib. İstintaq davam etdirilir.
Oxşar xəbərlər
Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlanıb
Bakıda evlərdən 11 min manat oğurlamaqda şübhəli bilinən silahlı şəxs saxlanılıb
Şirvanda beş evdən oğurluq edən şəxs saxlanılıb
Şirvanda beş evdən 53 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













