FHN: Ötən həftə 747 yanğına çıxış olub, 64 nəfər xilas edilib
Ötən həftə 747 yanğına çıxış olub, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Sizinxeber.az-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 747 yanğına çıxış, 49 halda köməksiz vəziyyətdə qalma, 4 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 64 nəfər xilas edilib, 7-si azyaşlı olmaqla 41 nəfər təxliyə olunub, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
FHN: Ötən həftə 145 yanğına çıxış olub, 39 nəfər xilas edilib
FHN: Ötən həftə 181 yanğına çıxış olub, 41 nəfər xilas edilib - VİDEO
FHN: Ötən həftə 152 yanğına çıxış olub, 30 nəfər xilas edilib - VİDEO
FHN: Ötən həftə 745 yanğına çıxış olub, 38 nəfər xilas edilib - VİDEO
FHN: Ötən həftə 156 yanğına çıxış olub, 44 nəfər xilas edilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













