Tərtərdə silahla insident törədən qazi həbs edilib
Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
DİN-in Mətbuat Xidmətindən Sizinxeber.az-ya bildirilib ki, kənd sakini, 1990-cı il təvəllüdlü, 2-ci Qarabağ müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində “AK-74” markalı avtomat silahdan atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus “VAZ-21014” markalı avtomobilə zərər dəyib.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən B.Quliyev saxlanılıb, ondan “AK-74” markalı avtomat silah götürülüb.
Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Tərtərdə silahla insident törədən şəxs həbs edilib
Bakının Xəzər rayonunda baş vermiş qətllə bağlı cinayət işi başlanıb - YENİLƏNİB
Bakının Xəzər rayonunda baş vermiş qətllə bağlı cinayət işi başlanıb - YENİLƏNİB - FOTO
Siyəzən sakinində avtomat aşkarlanıb
İnsident törədən idmançılar saxlanılıb, cinayət işi başlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













