Tərtərdə  su kanalında  1 nəfər boğulub,  3 nəfər xilas edilib - YENİLƏNİB-3
sizinxeber.az xəbər saytı

Tərtərdə su kanalında 1 nəfər boğulub, 3 nəfər xilas edilib - YENİLƏNİB-3


Suda boğularaq dünyasını dəyişən Hüseynov Natiq Namiq oğlunun meyiti məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Tərtər rayon şöbəsində müayinə olunub.

APA-nın yerli müxbiri xəbər verir ki, meyit müayinə olunandan sonra ailəsinə təhvil verilib.

***

19:46

Bu gün Tərtərdə su kanalında boğularaq həyatın itirən Natiq Hüseynov şəhid qardaşı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, onun qardaşı Adil Namiq oğlu Hüseynov Vətən müharibəsində şəhid olub.

Qeyd edək ki, Natiq və Adil ailədə iki qardaş olub.

***

saat 19.26

Tərtərdə su kanalında boğularaq həyatın itirən şəxsin kimliyi məlum olub.

APA-nın yerli müxbiri xəbər verir ki, o, Bərdə rayon Körpüqıran kənd sakini 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlundur.

***

saat 19.00

Tərtər ərazisində su kanalında axına düşən dörd nəfərdən 3-ü xilas edilib, 1 nəfərin isə meyiti tapılıb.

APA-nın yerli müxbiri xəbər verir ki, rayonun Cəmilli kəndi ərazisində baş verən hadisə zaman xilas edilənlərdən biri - Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğlunun vəziyyətinin stabil, iki nəfərin isə həyatı təhlükəsinin olmadığı bildirilir.

Digər bir nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Onun meyiti Suqovşan-Goranboy magistral suvarma kanalının Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 17.41

Tərtərdə 3 nəfər kanalda batıb.

APA-nın yerli müxbirinin əldə etdiyi ilkin xəbərə görə, hadisə Suqovşan-Goranboy magistral su kanalının Cəmilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dörd nəfər çimmək məqsədilə sözügedən kanala düşüblər. Onlardan 1-ni sudan çıxarmaq mümkün olub, digər 3 nəfərin axtarşı davam edir.

Sudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər

Tərtərdə su kanalında 1 nəfər boğulub, 3 nəfər xilas edilib - YENİLƏNİB-2
Tərtərdə boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib - YENİLƏNİB-2
Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb - YENİLƏNİB - FOTO
Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb
Tərtərdə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle