Gədəbəydə yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
avq
2025
20:00
0
0
1 427
ff aaaaaaa

Gədəbəydə yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub - YENİLƏNİB

03 avq, 2025
20:00
1 427

Gədəbəydə yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub - YENİLƏNİB

Gədəbəydə yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, “KİA” markalı avtomobilin dərəyə aşması nəticəsində 1973-cü il təvəllüdlü Asəf Tapdıqov və 1991-ci il təvəllüdlü Azadə Məmmədova hadisə yerində aldıqları xəsarətdən dünyasını dəyişiblər.

Ağır yol-nəqliyyat hadisəsi zamanı 1990-ci il təvəllüdlü Vüsal Məmmədov, 2021-ci il təvəllüdlü R.M və 2020-ci il təvəllüdlü A.M müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

19:13

Gədəbəydə avtomobil aşıb, ölənlər və yaralananlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.

Avtomobilin aşması nəticəsində 2 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul