Tərtərdə boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Tərtərdə boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib - YENİLƏNİB-2


Tərtər rayonu ərazisində boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

“Sizinxeber.az”un Qarabağ bürosu məlumat verir ki, dörd nəfər Cəmilli kəndi ərazisində çimmək məqsədilə Suqovşan-Goranboy magistral su kanalına düşüblər.

Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Ərazidə olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib.

Dördüncü şəxs, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlunun cansız bədəni beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb.

17:59

Tərtərdə kanalda batan Bərdə sakinlərindən biri, 1994-cü təvəllüdlü Hüseynov Natiq Namiq oğlunun meyti tapılaraq sudan çıxarılıb.

"Sizinxeber.az"un Qarabağ bürosunun xəbərinə görə, meyit beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb.

Hazırda meytin aidiyyatı üzrə təhvil verilmə prosesi aparılır.

17:37

Tərtərdə 3 nəfər su kanalında itkin düşüb.

"Sizinxeber.az"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Bərdənin 4 sakini çimmək üçün Suqovuşan-Goranboy beton su kanalına düşüblər. Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Kənd sakinləri kanalda boğulmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər, o, təcili yardım maşını ilə rayon xəstəxanasına göndərilib. Digər 3 şəxsdən isə xəbər yoxdur.

Hazırda hüquq-mühafizə əməkdaşları hadisənin baş verdiyi ərazidədirlər.

Oxşar xəbərlər

Tərtərdə 3 nəfər su kanalında itkin düşüb - YENİLƏNİB
Tərtərdə 3 nəfər su kanalında itkin düşüb
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub
Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas olunub
Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı gəncin meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle