Tərtərdə 3 nəfər su kanalında itkin düşüb
sizinxeber.az xəbər saytı

Tərtərdə 3 nəfər su kanalında itkin düşüb


Tərtərdə 3 nəfər su kanalında itkin düşüb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Bərdənin 4 sakini çimmək üçün Suqovuşan-Goranboy beton su kanalına düşüblər. Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Kənd sakinləri kanalda boğulmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər, o, təcili yardım maşını ilə rayon xəstəxanasına göndərilib. Digər 3 şəxsdən isə xəbər yoxdur.

Hazırda hüquq-mühafizə əməkdaşları hadisənin baş verdiyi ərazidədirlər.

Oxşar xəbərlər

Füzulidə kanalda batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Füzuli rayonunda yeniyetmə kanalda batıb
Tərtərdə ağır yol qəzasında dörd nəfər yaralanıb
Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb
Tərtərdə 3 nəfər kanalda batıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle