Bakıda itkin sayılan 20 yaşlı qadın evi könüllü tərk etdiyini bildirib
sizinxeber.az xəbər saytı

Bakıda itkin sayılan 20 yaşlı qadın evi könüllü tərk etdiyini bildirib


Bakı şəhəri, Xəzər rayonunda 20 yaşlı qadın itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Sizinxeber.az-ya bildirib ki, rayonun Buzovna qəsəbəsində yaşayan Şəfa Bayrızadənin evdən xəbərsiz çıxaraq geri qayıtmaması barədə polisə məlumat daxil olub.
Həmin şəxs axtarışa verilib. İlkin axtarışlar nəticəsində polis onun şəxsi sosial şəbəkə hesabı vasitəsi ilə əlaqə saxlaya bilib. Şəfa Bayrızadə könüllü olaraq evdən getdiyini bildirsə də olduğu yer barədə məlumat verməkdən imtina edib.

Hazırda həmin şəxsin yerinin müəyyən edilməsi və bu barədə yaxınlarına məlumat verilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.

Qeyd edək ki, Şəfa Bayrızadə evli olub, bir övladı var.

Oxşar xəbərlər

Bakıda gənc qız itkin düşüb
Masallıda 14 yaşlı qız itkin düşüb
Abşeronda 1 aydır itkin düşən qadın axtarılır
Sumqayıtda 70 yaşlı qadın itkin düşüb
İsmayıllıda mayda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle