Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, 1 nəfər xəsarət alıb - VİDEO
sizinxeber.az xəbər saytı

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, 1 nəfər xəsarət alıb - VİDEO


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən təsərrüfat malları satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 300 m2 olan mağazada metal qablarda yığılmış boyalar 120 m2 sahədə yanıb, həmçinin binanın zirzəmisində və mağazanın qarşısında dayanan vətəndaşlara məxsus 2 ədəd minik avtomobilinin ön hissəsi yüksək temperaturun təsirindən əriyib. 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Mağazanın qalan hissəsi, bitişik obyektlər və mənzillər yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub, xəsarət alan var
Sumqayıtda yaşayış binasında yanğın olub - VİDEO
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib - VİDEO
Bakıda binada yanğın olub - VİDEO
Qazaxda 2 mərtəbəli evdə yanğın olub - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle