İstirahət zonalarında oğurluq faktları üzrə 6 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

İstirahət zonalarında oğurluq faktları üzrə 6 nəfər saxlanılıb


Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxili İşlər Nazirliyi tərəfindən bu ərazilərdə fasiləsiz polis xidməti təşkil olunub.

DİN-dən APA-ya verilən xəbərə görə, yollarda hərəkətin təhlükəsizliyi ilə yanaşı, xüsusilə də mülkiyyət toxunulmazlığının təmin olunması məqsədilə polis əməkdaşları həm rəsmi geyimdə, həm də mülki formada aşkar və gizli şəkildə xidmət aparırlar.

Səbail rayonu ərazisində qeydə alınan 9 oğurluq faktı üzrə 5 nəfər, Sabunçu rayonunda 3 avtomobildən oğurluq faktı üzrə 1 nəfər saxlanılıb.

Tədbirlərlə nəzarətsiz qaldığına görə oğurlanan əşyalar —çantalar, qızıl-zinət əşyaları və müxtəlif məbləğlərdə pul vəsaitləri, şüşələri açıq qalan avtomobillərdən talanan digər qiymətli əşyaların zərərçəkən şəxslərə qaytarılması təmin olunub.

Bununla yanaşı, Xəzər, Sabunçu, Sumqayıt, Lənkəran, Xaçmaz şəhər və rayonlarının sahilboyu istirahət zonalarında nəzarətdən yayınan 87 uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Polis əməkdaşları ölkə üzrə bütün istirahət zonalarında təhlükəsizliyin təmin olunması məqsədilə xidmətlərini davam etdirirlər.

Oxşar xəbərlər

DİN çimərliklərdə azyaşlıların nəzarətsiz qalması ilə bağlı çağırış edib - VİDEO
Paytaxtda oğurluq edən 3 nəfər saxlanılıb
Bakıda “BMW”dən 600 manatlıq ətir və pul oğurlanıb, 2 yeniyetmə saxlanılıb
Bakıda BMW-dən 14 min avro oğurlanıb
Bakıda evdən 12 min manatlıq qızıl oğurlanlıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle