Astarada bələdçilik edən gənc yıxılaraq ölüb
sizinxeber.az xəbər saytı

Astarada bələdçilik edən gənc yıxılaraq ölüb


Astarada turistlərə bələdçilik edən gənc yıxılaraq ölüb.

"Sizinxeber.az"un cənub bürosunun məlumatına görə, hadisə rayonun Hamuşam kəndi ərazisində baş verib.

Belə ki, turistlərə bələdçilik edən 29 yaşlı Günəşli kənd sakini Rufiz Zamanov yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Zamanova ilkin tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bələdçinin yaxınlarının "Sizinxeber.az"a bildirdiyinə görə, R.Zamanov yıxılmasına epilepsiya keçirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəmkir sakini ağacdan yıxılaraq ölüb 
Xırdalanda fəhlə binadan yıxılaraq ölüb
Astarada kişi evinin həyətində yıxılaraq ölüb
Lənkəranda iş zamanı ehtiyatsızlıq edən ustalardan biri ölüb, digəri xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle