02
avq
2025
22:00

yuxarı
Kürdə boğulan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Kürdə boğulan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
“Report”un Aran bürosunun əldə etdiyi məlumata görə, boğulan şəxs qəsəbə sakini 1980-ci il təvəllüdlü Abbasov Ulduz Barat oğludur.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
21:16
Şirvan şəhərində bir nəfər Kürdə boğulub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Kürün Bayramlı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Hadisənin hansı şəraitdə baş verdiyi və boğulan şəxsin kimliyi məlum deyil.
Hazırda FHN-nin dalğıc-xilasediciləri tərəfindən boğulan şəxsin axtarışları aparılır.
Faktla bağlı araşdırma aparılır.